Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin ölümünün səbəbi virus neyroinfeksiyası olub.
BUTA.TV "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Mikrobiologiya və Virusologiya Elmi Mərkəzinin laboratoriya müdiri Aydın Kıdırmanov bildirib.
Mütəxəssislərin apardığı molekulyar-genetik analiz suitilərin beyin və ağciyər toxumalarında yeni virus xəstəliyinin olduğunu göstərib.
"Heyvanların beynində virusun aşkar edilməsi bunun xəstəliyin yeganə səbəbi olduğunu sübut edir", - deyə A.Kıdırmanov bildirib.
Onun sözlərinə görə, bu virus infeksiyası immun çatışmazlığı fonunda inkişaf edir və kifayət qədər öyrənilməmiş xəstəlikdir.
2024-cü ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan və Karakiyan rayonlarının sahillərində təxminən 2 min ölü suiti aşkar edilib.
- Anass Derrazın cəzası azaldıldı
- Əli günlərlə komada qaldı, atasını xərçəngdən itirdin - “Tək bacardın, Aytən”+Video
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu