Türkiyənin “TRT Vorld” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonu efirə buraxmayıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, buna səbəb deputatın üzərində Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz mesaj olan köynək geyinməsi olub. Deputata köynəyi çıxarmaq təklif edilib, amma bundan imtina edib.
Bu barədə Qonçarenko özünün Teleqram kanalında yazıb.
“Əvvəlcə məndən formamı dəyişməyimi istədilər. İmtina etdim. Sonra təkid etməyə başladılar. Mənim cavabım belə oldu: ya havanı olduğu kimi alıram, ya da heç almıram”, - deputat bildirib.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi