Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası İranla sərhəd bölgəsində fəaliyyətini intensivləşdirib. Məlumata görə, Ermənistanın cənubunda yerləşən Meğri şəhərində təcili şəkildə missiyanın yeni bazası yaradılıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Ermənistan Teleqram kanalları yayıb.
“Hazırda patrul fəaliyyəti əsasən bu bölgəyə yönəldilib, bu isə Ermənistan-Azərbaycan sərhədindəki müşahidə imkanlarının azalması ilə nəticələnib.
Oxşar dəyişikliklər Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasının fəaliyyətində də müşahidə edilir”, - məlumatda qeyd olunub.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir