Daha bir general öldü: İsrail onu da aradan götürsə...

13:40 - 17 İyun 2025 - GÜNDƏM

 Daha bir general öldü: İsrail onu da aradan götürsə...

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmanini öldürüblər. Müharibənin başlamasından cəmi dörd gün keçsə də, İran ordusunun və SEPAH-ın komandanlığı məhv edilib, onlarla general öldürülüb. İsrailin hansısa yüksək rütbəli hərbçisinin öldürüldüyü barədə məlumat yoxdur.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İran İraqla 8 il savaşda bu qədər general itirməmişdi. Aydındır ki, İsrail İrana qarşı müharibədə texnoloji üstünlüklərindən istifadə edir. Buna baxmayaraq, müharibədə döyüşən tərəflərdən biri orduya komandanlıq edənlərin böyük əksəriyyətini itirirsə, vəziyyətdən çıxış yolları axtarılmalıdır.

İsrail hazırda İranın ali dini liderinin ovuna çıxıb. Təl-Əviv bu hədəfinə də çatarsa, İran müharibəni dayandırmaq üçün ən ağır şərtləri qəbul etmək məburiyyətində qala bilər. İsrail qırıcı təyyarələri İran səmasında azad hərəkət edir. İran İsrailə yalnız raket zərbələri endirə bilir, hərbi təyyarələri havaya qalxa bilmir. Digər tərəfdən müharibəni davam etdirmək üçün kifayət qədər raket komplekslərinə malik olmalısan. İran əlindəki arsenalla müharibəni hələ nə qədər davam etdirə bilər?” - politoloq qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdan Təl-Əvivə mesaj: Buranı vurmayın

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol