Türkiyənin Qəhrəmanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.
Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ fəlakətindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:
"Eyni zamanda dağıntıya məruz qalan “Azərbaycan” məhəlləsinin yenidən inşasını da dövlətimiz öz üzərinə götürüb. Ona görə də “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.
Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir