Yerli media az öncə Azərbaycanın İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrailə yenidən müraciət etdiyi haqda məlumat yayıb.
BUTA.TV xəbər verir ki. Azərbaycanın ilk müraciəti haqda məlumat 17 iyunda yayılmışdı və bu müraciətdən sonra İsrail ordusunun zərbə endirdiyi ərazilərlə bağlı yaydığı məlumatda rəsmi Bakının narahatlığına həssas yanaşdığını müşahidə etmək olardı.
Bəs, necə oldu ki, Azərbaycan növbəti dəfə müraciət etməyi zəruri hesab edib?
İran bu gün səhər saatlarından İsrailə ballistik raketlərlə ağır zərbələr endirib. Raketlərdən bir neçəsinin Beer-Şeva şəhərindəki xəstəxanaya düşdüyü bildirilir. Həmçinin 130 min əhalinin yaşadığı Bat-Yam şəhərinin darmadağın edildiyi görüntüsü yayılıb.
Bunun ardınca İsrail Baş naziri benyamin netanyahu “İran hakimiyyətindən tam bədəl tələb edəcəklərini”, müdafiə naziri İsrail Katz isə hökumət binalarını vuracaqlarını elan edib.
Görünür, İsrailin “adekvat qisas almaq” ehtimalı Azərbaycanı narahat edib.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu