Azərbaycan “Rus evi”nin Bakıda qeydiyyata alınması proseduru ilə bağlı hələlik əsaslı cavab verməyib.
BUTA.TV xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.
“Martın 3-də Xarici İşlər Nazirliyimiz və səfirliyimiz Azərbaycana bəzi təmaslar, danışıqlar və mədəniyyət mərkəzimizin fəaliyyətinin hüquqi şərtlərinin müzakirəsi ilə bağlı sorğu verdi. Azərbaycan tərəfinin iddiası nə idi? Hələlik Azərbaycan tərəfdən cavab almamışıq. Rusiya dəfələrlə Azərbaycandan bunun hüquqi yolla necə həyata keçiriləcəyi ilə bağlı müəyyən aydınlıq gətirməyi xahiş etsə də, cavab almayıb”, - o bildirib.
Primakov qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya elm və mədəniyyət mərkəzinin işinin dayandırılmasının zəruriliyi ilə bağlı notasından sonra Bakı mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişin özünü denonsasiya etməyib:
“Mərkəz rəsmi olaraq fəaliyyətini davam etdirir”.
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı