Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.
"Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”, - səfir əlavə edib.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir