AzTV-nin Gürcüstan bürosu təyyarənin düşdüyü ərazidə xəsarət alıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə çəkliş aparmaq istəyərkən xəsarət alıb.
"Dünəndən qəza olan ərazidəyik. Gecə bizi əraziyə buraxmadılar. Mən koordinatı dəyişdim. Həmin ərazidə görüntülər daha aydın düşürdü. Azərbaycandan, Türkiyədən gələn jurnalistlər də vardı. Operatorla görüntüləri götürdüm. Hadisə həmin ərəfədə baş verdi. Qayalıq ərazidə yıxıldım. Ayağımdan ağır xəsarət aldım", - deyə Ruslan Həsənov bildirib.
O, hazırda Gürcüstandakı xəstəxanalardan birinə aparıldığını və əməliyyat olunacağını deyib.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı