Noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra hadisə yerinə Gürcüstana məxsus helikopter göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Təyyarəmiz qəzaya uğradıqdan sonra əraziyə gedən və onunla əlaqə qurmağa çalışan helikopter Gürcüstana məxsusdur",- məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı