Yenə də hücumla üz-üzəyik, amma bu dəfə mənəvi vətənimizi (kilsəni – red.) müdafiə edirik.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu tanınmış erməni musiqiçi, siyasi fəal Vahe Beqoyan deyib.
O bildirib ki, Ermənistanda kilsəyə qarşı mübarizə özünün ən amansız mərhələsinə qədəm qoyub:
“Bu, müharibədir — əsl müharibə! Getdikcə 44 günlük müharibəyə daha çox bənzəyir: əsgərlər cəbhədə döyüşür, komandanlığın nə etdiyi məlum deyil. Bunkerlərdə nə ilə məşğuldular, bilinmir.
Müharibəni aparan generallardır; onlar yalnız müdafiəni təşkil etmirlər, həm də uğurlu hücumları planlaşdırırlar. İndi isə bu cür müharibənin yükü sadə ruhanilərin və kilsə yolunda canını fəda edən bir ovuc fəalın üzərinə qalıb.
Belə olmaz. Dəqiq hazırlanmış strategiya, aydın döyüş taktikası, ardıcıl və məqsədyönlü hücum əməliyyatları planı olmalıdır”.
V.Beqoyan erməni din xadimlərini Paşinyan hakimiyyəti ilə mübarizəyə çağırıb.
Qeyd edək ki, Ermənistanda kilsə, xüsusən bütün ermənilərin katolikosu II Qaregin Paşinyan hakimiyyətinə zidd mövqe sərgiləyir. Bu radikal qrup Azərbaycanla sülhün əleyhinə olmaqla yanaşı, revanşist ideyaların daşıyıcısıdır.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı