ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir.
BUTA.TV xəbər verir ki, bu barədə Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E.Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda bildirib.
C.E Herbst vurğulayıb ki, Prezident Donald Tramp özünü sülh təsisçisi kimi təqdim edir və bu, əsassız deyil:
“Onun təşəbbüsləri çərçivəsində 9 münaqişənin həlli istiqamətində iş aparılır ki, onlardan biri də Azərbaycan–Ermənistan münaqişəsidir. ABŞ Mərkəzi Asiyanı strateji prioritet bölgə hesab edir. Bu baxımdan Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda forumun təşkil olunması təsadüfi deyil. Yaxın gələcəkdə platforma Azərbaycanın qoşulması ilə C6+1 formatına çevriləcək və bu, tərəflər arasında əlaqələrin əhəmiyyətini daha da artırır”.
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq