Azərbaycanın Ukraynadakı səfirliyinə növbəti aviazərbədən sonra Kiyevdə Azərbaycan abidələrinin mühafizəsi işlərinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “SOCAR Ukrayna” şirkətinin əməkdaşı Andrey Pomiluyko məlumat yayıb.
“Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Məsələn, Kiyevdə Heydər Əliyev parkında Heydər Əliyev abidəsi, İrpen şəhərindəki Dostluq parkında Zərifə Əliyeva abidəsi, həmçinin Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri var. Hazırda qeyd olunan monumentlərin alova davamlı brezentlə örtülməsi və ətrafına taxta karkasın quraşdırılması işləri aparılır. Abidələrin ön hissəsində isə onların konturlarını əks etdirən bannerlər yerləşdiriləcək”, - Pomiluyko bildirib.
Onun sözlərinə görə, işlərin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Qoruyucu örtüklər Azərbaycan hökumətinin qərarı ilə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra çıxarıla bilər.
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq