"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) - Azərbaycanı Ermənistan üzərindən birbaşa Naxçıvanla, oradan isə Türkiyənin dəmir yolu sistemi ilə birləşdirəcək strateji əhəmiyyətli layihədir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə artıq 224 kilometrlik dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisinə başlayıb:
"Bu, layihəyə göstərilən güclü siyasi iradə və maliyyə dəstəyinin bariz nümunəsidir. Azərbaycanın payına düşən 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu üzərində isə işlər davam edir. Tikinti 2021-ci ildə başlayıb və 2026-cı ilədək tamamlanması planlaşdırılır".
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
R.Rüstəmov bildirib ki, Yuxarı Mərcanlıdan Ağbəndə qədər - Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan və Bartaz daxil olmaqla - səkkiz yeni stansiya inşa olunur:
"Hazırda layihələndirmə işlərinin təxminən 85%-i, tikinti-quraşdırma işlərinin isə 68 %-i icra edilib".
ADY sədri əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və layihə işləri davam etdirilir:
"Bu mərhələ tamamlandıqdan sonra tikintiyə başlanacaq və Naxçıvanda müasir standartlara uyğun yeni dəmir yolu şəbəkəsi formalaşdırılacaq".
Onun sözlərinə görə, TRIPP dəhlizi əvvəlcədən genişləndirmə imkanı nəzərə alınmaqla layihələndirilib:
"İlkin buraxılış qabiliyyəti sabit yük axınını təmin edəcək, lakin gələcəkdə artan tələbatı qarşılamaq üçün infrastruktur genişləndirilə bilər. Zamanla TRIPP buraxılış qabiliyyəti baxımından Bakı-Tbilisi-Qars xətti ilə rəqabət apara biləcək səviyyəyə çata bilər. Əsas məsələ odur ki, TRIPP regional şəbəkədə dayanıqlılığı və alternativliyi artırır, Azərbaycana bir neçə paralel nəqliyyat dəhlizinin davamlı şəkildə mövcudluğunu təmin edir".
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...