Litva Moskvaya yeni etiraz notası göndərərək, Rusiyanın noyabrın 14-də Kiyevdəki Azərbaycan səfirliyinin binasına ciddi ziyan vurmasına xüsusi diqqət yetirib.
BUTA.TV Musavat-a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildiriblər.
Vilnüs hadisəni Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.
Litva həmçinin Rusiyanın Ukraynaya qarşı son hücumlarını qətiyyətlə pisləyib:
“Kiyevdə və paytaxt bölgəsində, eləcə də Xarkov, Odessa, Sum və digər şəhərlərdə on nəfərdən çox mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Yaşayış binalarına, çoxmənzilli binalara, xəstəxanaya, enerji obyektlərinə və digər infrastruktur obyektlərinə ziyan dəyib”.
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi