İsrailin xarici işlər naziri Gideon Saar tezliklə Azərbaycana səfər etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, o, bu barədə X səhifəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü şərh edərkən yazıb.
G.Saar qeyd edib ki, M.Cabbarovla danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planı və Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə edilib:
"Həmçinin Bakı ilə dərinləşən ikitərəfli və iqtisadi əlaqələri müzakirə etdik. Yaxın zamanda Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Biz qarşılıqlı münasibətlərimizi gücləndirməyə davam edəcəyik".
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq