Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin nasaz işləməsi səbəbindən baş verib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra verdiyi açıqlamasında deyib.
“Rusiya tərəfi baş verənlərlə bağlı səmimi şəkildə təəssüfləndiyini də bildirib. Mövcud məlumatların öyrənilməsinin nəticələrinə əsasən, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin bina kompleksinə dəyən ziyanın, çox güman ki, Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi, ehtimal ki, “Patriot” hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verdiyi müəyyən edilib”, - o bildirib.
Qeyd edək ki, noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
- Sel Laza yolunu bu hala saldı
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq