ABŞ-ın Ukrayna ilə bağlı Rusiyanın xeyrinə olan “sülh planı” “Moskvaya qarşı sanksiya tələb edən Tramp mövqeyini niyə dəyişdi” sualına cavab axtarışı zərurətini yaradır. Ümumiyyətlə Tramp mövqeyini dəyişibmi?
Ağ Evə gəlişindən sonra Ukrayna müharibəsini Rusiyanın tələbləri çərçivəsində bitirmək istəyən Trampın zaman-zaman tərəzinin ya Kiyev, ya Moskva gözünə ağırlıq verməsi müşahidə olunub. Sonuncu dəfə bu, Qəzza sülh sammitindən sonra baş verdi: Putinlə əlaqə saxlayan ABŞ prezidenti ardınca Rusiyanı antisülh mövqeyinə görə ittiham edərək, Budepeşt görüşünü ləğv etdi və müharibənin başlanmasından sonra gözlənilən enerji sanksiyalarını tətbiq etdi. Bu, Rusiyanı tam geri çəkilməyə yetərli olmasa belə, ABŞ-ın Ukrayna cəbhəsindən çıxış edəcəyinin anonsu kimi görünürdü. Hərçənd, o zaman da Kremlin maksimalist tələblərindən geri çəkilməyəcəyini bilən Ağ Evin enerji sanksiyalarının iki mümkün hədəfini qeyd etmək olar:
1. Neft bazarında qiymətlərin tənzimlənməsi: sanksiyaların bazarda ABŞ-ın mövqelərini yaxşılaşdıracağı gözlənilir.
2. Rusiyanı təsir zonalarından Çinə qarşı geosiyasi həmlələrində istifadə edilməsinə razı salmaq.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Ukrayna müharibəsinin geosiyasi hədəfində Çinin olması fonunda prosesin məntiqi sonluğa yaxınlaşdığı görünür. Pekinlə rəqabətdə Orta dəhlizi nəzarətə götürmək istəyən Vaşinqton buna nail olmaq istiqamətində irəliləyir:
- Vaşinqton anlaşması ilə ABŞ Zəngəzur dəhlizinə - Orta dəhlizin mərkəzi habı olan Cənubi Qafqaza yerləşir;
- C5+1 formatında atılan addımlar ABŞ üçün Mərkəzi Asiya qapılarını açır;
- Qazaxıstanın “İbrahim razılaşmaları”na qoşulması, Azərbaycanın iştirakı ilə C6+1 formatının qurulması perspektivi Orta dəhlizdə ABŞ-ın moderatorluğunu yaradır.
Bu coğrafiyada ABŞ-ın önə çıxması qarşısında loyallıq sərgiləyən Rusiya əvəzini Ukraynada “münasib anlaşma” ilə alır. Vaşinqton bununla həm Moskva-Pekin ittifaqını zəiflədir, həm istədiklərinin müəyyən qismini verərək, Rusiya üzərində təsirini gücləndirir, həm də Orta dəhlizin Avropaya çıxışında – Qara dəniz bölgəsində nəzarətçi funksiyasını qazanır. Bu kontekstdə 28 bəndlik sülh planının əsas qazanan tərəfi ABŞ-dır.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...