Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan ictimaiyyətinə müharibənin Azərbaycan üçün bitdiyini çatdırmağımı istədi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan Hikmət Hacıyevlə Bakıda keçirilən görüş barədə danışarkən deyib.
“Hacıyev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq Azərbaycan üçün mövcud deyil, o bitib. Onlar müharibəsiz, sülh vəziyyətinə əsaslanan bir dünya qurmaq, Ermənistanla hərtərəfli və uzunmüddətli sülhə can atmaq istəyirlər, bu da Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası olmayacağı deməkdir”, - o bildirib.
Qeyd edək ki, 21-22 noyabr tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq