Son günlər xaricdə məskunlaşmış və “söyüş blogerləri” kimi tanınan Tural Sadıqlının, Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftəsonu videomüraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları “Azad Söz” və “Made in Azerbaijan” səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər.
T.Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən az 3 min avro vəsait lazımdır. M.Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq, əks halda, bu işi aparmaq mümkün olmayacaq.
Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu, oyundur, əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər.
Amma əsas versiyaya görə, xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başladıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. R.Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə – xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, xaricdəki blogerlərin əsas sponsoru SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqda yalan-doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. A.Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbəmizin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı mərkəz (“İstanbul ocağı”) olub və pullar ordan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub.
Deyilənə görə, Adnan Əhmədzadənin izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə “ifşaedici” məlumatlar ötürürmüş. Bununla da elə rəy yaradıb ki, guya bu şəbəkənin hədəfindədir.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...