Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub.
BUTA.TV xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bildirilib ki, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib.
Adının çəkilməsini istəməyən qazilərdən biri deyib ki, illərdir ev üçün müraciət etsə də, müsbət cavab ala bilmir. Qaziyə daha çox təsir edənsə, onlara çatacaq mənzillərin aidiyyəti olmayan şəxslərə verilməsidir:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Rayon mərkəzində el arasında “şəhidlər binası” adlanan, qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir, mənim kimi vətən üçün canın qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana iki mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra hakiminə də aiddir”.
Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək, onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...