İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir. Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.
BUTA.TV xəbər verir ki, Modern.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır. Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.
Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünəməxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir.
Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərələri və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm regionlarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi üzrə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır.
Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir.
Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.
Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.
Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...