İranın xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılarla işlər üzrə müavini Vahid Cəlalzadə Azərbaycana səfəri çərçivəsində İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə birlikdə konsulluq şöbəsinə baş çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Cəlalzadə İran vətəndaşları, eləcə də əcnəbilərə konsulluq xidmətlərinin daha sürətli və effektiv şəkildə göstərilməsinin vacibliyini vurğulayıb.
“Vətəndaşlara hörmətlə yanaşmanın və xidmət proseslərinin asanlaşdırılması üçün lazımi şəraitin yaradılması zəruridir. Konsulluq xidmətlərinin daha da təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlər görülməsinin əhəmiyyəti böyükdür”, - Cəlalzadə qeyd edib.
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü