Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb.
BUTA.TV İTV-yə istinadən xəbər verir ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb. Paytaxt marketlərində aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur.
Mövcud satış qiymətləri barədə məlumat verən satıcı bildirib:
"Qiymətlər 4-5 ay əvvəl qalxmışdı. Alıcılar daha çox Yeni Zelandiya və yerli istehsal olan məhsullara üstünlük verirlər. Hazırda kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir".
Kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından biridir. Rəsmi statistikaya görə, ölkədə kərə yağına illik tələbat 38-40 min tondur. Azərbaycan bu məhsulu ən çox Yeni Zelandiya, Belarus və Ukraynadan idxal edir.
Bəs idxal rüsumunun artırılması qiymətlərə necə təsir edəcək? İqtisadçı Rəşad Həsənov məsələni belə şərh edib:
"Bu istiqamətdə il ərzində adambaşına düşən xərc 10% və ya orta hesabla 12-20 manat civarında artır. Bu da orta statistik 4 nəfərlik bir ailə üçün 50 manatdan 80 manata qədər əlavə xərc yükü formalaşdırır. Rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirməklə, kərə yağının 2026-cı ildə 15-17% bahalaşmasına gətirib çıxara bilər".
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü