Bakıda tikintisi davam edən binanın dayaq sütunu uçub.
BUTA.TV “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yeni inşa olunan yaşayış binasında baş verib.
Dövlət Su Ehtiyatları Agentliyinin əsas binası da (keçmiş “Azərsu”) həmin ərazidə yerləşir.
Hadisənin səbəbi məlum deyil.
Yaranmış vəziyyət sakinlərin narahatlığına səbəb olub. Onlar bildirib ki, uçqun olan ərazidən daim avtomobillər və piyadalar keçir, əgər beton qırılıb yerə düşsə, bu, ciddi fəsadlara səbəb ola bilər. Ona görə də aidiyyəti qurumların dərhal tədbir görməsi vacibdir.
- Bu ərazilərdə işıq olmayacaq
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi