4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi tərəfindən “Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib.
4-11 fevral tarixlərində keçirilən maarifləndirici həftə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin əməkdaşlarına narıncı yaxa nişanları təqdim olunub. Əməkdaşlar bu nişanları taxaraq xərçənglə mübarizə mövzusunda diqqət çəkib, həmrəylik nümayiş etdiriblər.
Maarifləndirmə tədbirləri çərçivəsində şirkətin baş ofisi və “Araz” Logistika Mərkəzində əməkdaşlar üçün seminar təşkil olunub. Seminar zamanı həkim-onkoloq, klinik psixoloq və digər mütəxəssislər xərçəng xəstəliyi, onun psixoloji təsirləri, profilaktika və erkən diaqnostikanın əhəmiyyəti barədə faydalı məlumatlar və tövsiyələr veriblər. Eyni zamanda iştirakçıların sualları ətraflı cavablandırılıb.
Həftə çərçivəsində qanvermə aksiyası da təşkil edilib. Şirkətin baş ofisində və “Araz” Logistika Mərkəzində keçirilən aksiyada əməkdaşlar könüllü donor qismində iştirak ediblər. Qanvermə aksiyası Mərkəzi Qan Bankı ilə birgə təşkil olunub.
Sosial məsuliyyət təşəbbüsləri çərçivəsində leykozdan əziyyət çəkən körpələrin zəruri dərman preparatları ilə təmin olunmasına dəstək məqsədilə “Araz” Babək Superstore filialında xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin könüllüləri tərəfindən hazırlanmış əl işləri təqdim edilib.
Qeyd edək ki, “Xərçənglə Mübarizə Həftəsi”nin keçirilməsində əsas məqsəd xərçəng xəstəliyinin profilaktikası, erkən aşkarlanması və vaxtında müalicəsinin vacibliyinə diqqət çəkmək, xəstəlik haqqında məlumatlılığı və maarifləndirilməni artırmaqdır.
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- İşıqforda başlayan dava qəza ilə bitdi - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi