Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahin Möhtərəm oğlu Musayev baş memar vəzifəsinə təyin olunub.
O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.
Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.
Ş.Musayev ötən ilin avqustun 15-də 65 illik yubileyi münasibətilə RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.
- İşıqforda başlayan dava qəza ilə bitdi - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto