Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Zaur Mühiddin oğlu Camalov Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.
Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.
Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir.
Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi