Dünyada 90-95 yaşında olan alimlər var ki, kitab yazır, müsahibələr verirlər, hələ də elmin mövcud paradiqmaları üzərində işləyirlər. Bizdə isə alimlərin ictimai rəyə təsiri görünmür. Əslində onların orada mürgüləməyi müəyyən dərəcədə ətalətin nəticəsidir.
Bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev BUTA.TV-a açıqlamasında AMEA-da keçirilən iclasda alimlərin yatması barədə danışarkən deyib.
Ekspert yorulmağın insan varlığının əsas keyfiyyətlərindən biri olduğunu vurğulayıb:
“Amma nədən yorulursan? Ətalətdən yorulursan, yoxsa işdən? Akademiyanın indiki durumu ilə jurnalistlər də yaxşı tanışdırlar. Ali Attestasiya Komissiyasının hər il hesabatı yayılır. Yüzlərlə elmi iş ləğv olunur. Hələ ləğv olunmayanların içində də nə qədər qüsurlu işlər var. Bu o deməkdir ki, başqası üçün dissertasiyalar yazılır, plagiatlıq hökm sürür.
Elmi bu cür neqativ hallardan xilas etmək lazımdır. Bunun üçün də AMEA-da ilk islahat baş verdi: Elm və Təhsil Nazirliyi yarandı. Amma elm və təhsil hazırda inteqrasiya olunurmu? Proses çox zəif gedir. Bu yuxubasma ilə proses gedər?”
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini