Milli Məclisin VHP-dən olan vitse-spikeri Rafael Hüseynov parlamentin bugünki iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı qalmaqallı təkliflə çıxış edib.
BUTA.TV xəbər verir ki, vitse-spiker bildirib ki, Azərbaycan dilinin qrammatikası “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsinin işlədilməsini tələb edir.
Onun sözlərinə görə, dilin daxili qanunları və qrammatik məntiq nəzərə alınmalıdır:
“Azərbaycan dilinin qrammatikası tələb edir ki, “Milli Məclis” ifadəsindən deyil, “Millət Məclisi” ifadəsindən istifadə olunsun. Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin əsası 1918-ci il dekabrın 7-də qoyulub. 1920-ci ilin aprelində sovetləşmə ilə parlamentin fəaliyyəti dayandırılıb.
Müstəqillik bərpa edildikdən sonra 1991-ci ildə Azərbaycanın ali qanunverici orqanı yenidən formalaşdırılıb. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Milli Məclisi ölkənin ali qanunverici hakimiyyət orqanı kimi təsbit olunub.
Hazırda Milli Məclis 125 deputatdan ibarətdir və beşillik müddətə seçilir.
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
- Sərhədimizi pozmaq istəyən Nigeriya vətəndaşı saxlanıldı - Foto