Xocalının Xanabad kəndində ilk köç fevral ayında reallaşıb və ilkin mərhələdə buraya 154 nəfərdən ibarət 38 ailə qayıdıb.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, ilin sonunadək Xanabad kəndində 161 ev tam hazır vəziyyətə gətiriləcək.
“İlin sonunadək isə daha 41 ev tikiləcək. Burada insanların rahat, təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Təbii ki, burada söhbət sosial infrastrukturun qurulmasından gedir. Elektrik, qaz xətləri bərpa olunub, bəziləri yenidən çəkilib. Hazırda Xanabad kəndində üç transformator məntəqəsi var. İnsanların içməli su ilə təminatını yaxşılaşdırmaq üçün su anbarları, subartezian quyuları təmir olunub”.
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini