Rusiyada həmyerlimiz təltif olunub.
BUTA.TV xəbər verir ki, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya prezidentinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. Əmək fəaliyyətini 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəsissə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.
Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun Dubrovskoe şəhər qəsəbəsinin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə Dubrovskoe şəhər qəsəbəsinin birinci və ikinci çağırış başçısı vəzifəsinə və bələdiyyə deputatı seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə isə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S.Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir.
Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunmuşdur.
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat
- Məktəblərdə Tiktoka çıxış bloklandı
- “Azərişıq” ən ucqar kəndlərdə elektrik şəbəkəsini yeniləyir
- ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?
- “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini