Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.
ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb.
Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub.
Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub.
Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
- Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...
- Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir - Yenilənib
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi