Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
BUTA.TV Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə aralarında mənzilə mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yanılı vəziyyətdə yatağın üzərinə atıb. Alışqanın sönməyəcəyinə əmin olaraq həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.
Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi