2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, iyunun 13-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində, həmçinin Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
Bildirilib ki, Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə “Son zəng” tədbirləri keçirilib.
Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar.
Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edərək məzunlara xoş arzularını çatdırıblar.
Tədbirlər bədii proqramlar və məzunların çıxışları ilə davam edib.
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü