Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb.
“BUTA.TV” xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.
Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.
Hazırda hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.
Məlumata görə, yolun bir tərəfindən istifadə etmək mümkündür.
Yunis Quliyev
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü