Şamaxının Meysəri kəndində iyunun 13-14-ü keçirilən Beynəlxalq Barbekü Festivalı başa çatıb.
“BUTA.TV” xəbər verir ki, iki gün davam edən festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunmuşdu.
Festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar iştirak edib. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatıb. Bu cür festivallar qonaqlara xoş anlar bəxş etməklə yanaşı, ölkəmizin qonaqpərvərliyini bir daha nümayiş etdirir. Layihə həmçinin mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönəlib.
İki gün ərzində kulinariya zonalarında əyləncəli yarışmalar keçirilib, iştirakçılar müxtəlif ölkə mətbəxləri və restoranların təqdim etdikləri təamları dadıblar.
Sonda tədbirin baş sponsorları, tərəfdaşları və layihəyə dəstək göstərən qurumlara, o cümlədən səmərəli əməkdaşlıq edən restoran və şirkətlərə sertifikatlar təqdim olunub.

- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü