Bir müddət əvvəl iki körpəsini öldürən Masallı rayonunun Qızılağac kənd sakini Kəmalə Bağışzadənin məhkəməsində bu hadisənin qandonduran təfərrüatları üzə çıxıb.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, 26 yaşlı qadın əvvəlcə 1 yaşlı oğlu Mülayim Bağışzadəyə sirkə turşusu içizdirib.
Bundan sonra uşağın vəziyyətinin pisləşdiyini, lakin ölmədiyini görən ana, ailə üzvlərinə körpənin soyuqladığı üçün nəfəs almaqda çətinlik çəkdiyini bildirib və azyaşlı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Göstərilən tibbi yardımlara baxmayaraq, Mülayim Bağışzadə ölüb. Bundan sonra Mülayim el adəti ilə dəfn olunub.
Maraqlıdır ki, Masallı Rayon Məhkəməsində uşağın ölümünün ilk səbəbi sətəlcəm göstərilib.
Mülayimin sətəlcəmdən ölmədiyi isə sonradan aparılan ekspertiza nəticəsində müəyyənləşib.
Bu il isə Kəmalə Bağışzadənin 5-ci övladı doğulub. O, dünyaya gətirdiyi övladının cinsinin qız olmasına etiraz əlaməti olaraq onu qəsdən öldürmək qərarına gəlib. Körpənin saxlanıldığı otağa daxil olan qadın onu boğaraq öldürüb və tibb bacısına uşağa yemək verərək qəfil halının pisləşdiyini bildirib. Ekspertiza aparıldıqdan sonra uşağın boğulma nəticəsində öldüyü üzə çıxıb.
Kəmalə “Hazırda birgə nikahdan olan üç övladının ikisinin qız olmasını və ərinin onları necə qəbul etməsi” sualını cavablandıra bilməyib. O, qeyd edib ki, bu iki qız övladını da həyat yoldaşı Qadir çətinliklə qəbul edib.
Kəmalənin əri Qadir Bağışzadənin sözlərinə görə, 2025-ci ilin iyul ayında Rusiyada olarkən Kəmalənin hamilə olduğunu öyrənib, bu xəbəri normal qarşıladığını, lakin maddi çətinliklərin ola biləcəyini də düşünüb. Buna görə də, o, “uşağa baxa biləcəksinizsə baxın, bu sizin işinizdir” deyib. Həmin vaxt Məhərrəmlik ayı olduğuna görə Kəmalə uşağın götürülməsinin günah olduğunu bildirib, əri də buna etiraz etməyib.
Qadir bildirib ki, Mülayimin doğulması barədə əvvəlcə məlumatı olmayıb. İkinci uşağın da arvadı tərəfindən öldürüldüyünü sonradan öyrənib. Qadir ifadəsində onu da bildirib ki, uşaqlara cinsiyyətinə görə fərq qoymur. O, bu cinayətə görə arvadı Kəmaləni bağışlamadığını dilə gətirib.
Qeyd edək ki, Kəmalə Bağışzadənin 2019, 2021 və 2022-ci il təvəllüdlü daha iki qızı və bir oğlu var. Mülayim cütlüyün dördüncü, doğub öldürdüyü körpə isə 5-ci övladları olub. Məhkəmənin hökmünə əsasən, iki körpəsini öldürən qadın 17 il müddətinə azadlıqdan məhrum edilib.
- Məşhur bloger Anar Ələkbərova görün nə hədiyyə etdi - Video
- Füzulidə bu təsərrüfatlara infotur təşkil edildi
- FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirdi - Video
- DYMX "açıq qapı" tədbiri keçirdi
- Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- Veysəloğlu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirdi
- Əməliyyat: Yetkinlik yaşına çatmayan qız saxlanıldı - Video
- "Bakcell" bu tədbirin əsas tərəfdaşı oldu