Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib. Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq edib.
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa Seneqala qarşı - Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir