"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.
"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.
- Sabahın havası: Yağış, 33 dərəcə isti...
- Ruslan Quliyev vəfat etdi
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- “Bu, həm də sülhün qələbəsidir”
- Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş
- Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
- Yeni layihə: Təbriz küçəsi belə olacaq - Foto
- Gənclər bu oyunlara ayda 40-70 manat xərcləyirlər - Deputat