İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adı qoyulan azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq Azərmirad ailəsi türk mənşəli ad seçdiklərinə görə bu müddət ərzində uşağa şəxsiyyət vəsiqəsi ala bilmirlər.
Qeyd edək ki, bu, İranda ilk hal deyil. İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk mənşəli adlara görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür