Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda iki nəfər vəzifədən azad olunub, yeni təyinatlar olub.
BUTA.TV xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Bundan başqa, Kamran Əliyevin müvafiq əmri ilə NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür