Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya bilməyəcək. Moskvanın belə bir addım atmağa resursu yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, Kremlə eyni vaxtda bir neçə istiqamətdə - şimaldan, şərqdən və cənubdan hücuma keçmək üçün 350-500 min təlim keçmiş döyüşçü toplaması lazımdır.
O, rusların Donetsk vilayətində - Baxmut və ya Avdeyevka yaxınlığındakı cəbhədə kütləvi hücum taktikasından istifadə etdiyini bildirib:
"Vaqner" Priqojinin tapşırıqları yerinə yetirmədi. Onları nizami bölmələr, paraşütçülər əvəz etdi, lakin Şoyqu və Gerasimov da öhdəsindən gələ bilmədilər. İndi onlar səfərbər edilmiş insanları 2-3 həftəlik təlimdən sonra cəbhə xəttinə göndərməlidirlər. Bu günə qədər biz Rusiyanın peşəkar ordusunun 70-80%-ni məhv etmişik”.
- Bu ərazilərdə işıq olmayacaq
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar