Ukraynanın “Motor-Siç” şirkəti İranın “Şahid” və digər PUA-larının istehsalı ilə məşğul olan firmalarla əməkdaşlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Sxem” təşkilatının jurnalist-araşdırmaçıları tərəfindən məlumat yayılıb.
Məlumata görə, şirkət İrana ikiqat istifadə oluna bilən məhsullar, o cümlədən Aİ-9 və TV-117 aviasiya mühərrikləri satıb.
Bildirilib ki, bu modellər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi Ka-52 helikopterlərinə quraşdırılır.
“Motor-Siç”in əməkdaşlıq etdiyi şirkətlərdən biri də “Şahid” PUA-larının hazırlandığı şirkət olub.
Sənədlər “Motor-Siç”in keçmiş prezidenti Vyaçevlav Boquslayevin kabinetində aparılan axtarış zamanı ortaya çıxıb.
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
- Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
- 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
- Mehdiyevin ailə bankı BOKT oldu
- Bakıda kişi faciəli şəkildə öldü
- Son zəngə saatı qurmaq...
- İqlimi dəyişdirən gizli texnologiyalar...