Xəbər verdiyimiz kimi, Ordumuz Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib.
BUTA.TV xəbər verir ki, Ordumuzun keçirdiyi əməliyyatla bağlı sosial şəbəkələrdə və xüsusilə Türkiyə seqmentində məlumat tirajlanıb.
Bildirilir ki, Ordumuz Şuşadan enərək şimalda Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək, nəzarətə götürüb.
Əməliyyatlarda itki olmayıb. Torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Heç bir qan tökülməyib. Proses azsaylı qüvvə tərəfindən həyata keçirilib. Düşmən qazdığı səngərləri və açdığı yolları bir güllə də atmağa cəsarət etmədən tərk edib.
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib