Təsis etdiyimiz Azərbaycan İnsan Haqları Təşkilatı Güney Azərbaycanda hüquq sahəsində ekspertlərdən ibarət və insan haqları məsələlərinə diqqət yetirən ilk qurumdur.
Bu sözləri BUTA.TV-a adıçəkilən təşkilatın sədr müavini, güneyli vəkil Sina Yusifi deyib.
“Azərbaycan İnsan Haqları Təşkilatına seçkilər tam demokratik, azad və şəffaf şəraitdə keçirilib. Təşkilatın 6 məsul üzvü var. Vəkillər tərəfindən təsis olunub. Onun məsul şəxsləri üzvlərin kollektiv rəyi ilə seçilib. 2023-ci il martın 16-də üzvlərin iştirakı ilə təşkilatın nizamnaməsi təsdiq edildi. Nağı Mahmudi təşkilatın prezidenti və sözçüsü, mən isə sədr müavini seçildim. Məqsədimiz BMT və Avropa Birliyi İnsan Haqları Şurası ilə əlaqələr qurub, İranda və dünyanın hər yerində olan azərbaycanlıların pozulmuş hüquqları haqqında beynəlxalq təşkilatları məlumatlandırmaqdır. Çünki insan haqları son dərəcə mühümdür - dini inanclar, milli təhlükəsizlik, müstəqillik, ərazi bütövlüyü kimi siyasi anlayışlardan da üstündür. İranın səlahiyyətli şəxsləri həmin anlayışlardan istifadə edə bilməz”, - deyə o bildirib.
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib