Ümid edirik ki, “kim hardan gəlir” mövzusunda zərərli müzakirələr dayandırılacaq və KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi məsələsi həll olunacaq. Məsələ konstruktiv və qarşılıqlı faydalı şəkildə həllini tapmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Biz KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasına qədər, erməni tərəfinin bütün narahatlığını açıq şəkildə müzakirə edirik. Tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarını, habelə KTMT-nin kollektiv təhlükəsizlik üzrə müvafiq qərar layihəsində nəzərdə tutulmuş digər yardım tədbirlərini həyata keçirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz bu işə Ermənistanın özü qədər hazırıq”, - o bildirib.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu