Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər sağalıb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 829 591 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 296 aktiv xəstə var. Bu günə qədər 10 178 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 432, bu günə qədər isə ümumilikdə 7 556 844 test icra olunub.
Son sutkada ölkədə 246 vaksin vurulub. Bununla da vurulan vaksinlərin sayı 13 953 878-ə çatıb.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu