49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BUTA.TV-a bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
- Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!
- Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
- SOCAR yalnız neft-qaz satmır, həm də... - Nazir müavini
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu