Rusiyanın xəbər agentliyi “RİA Novosti”yə Azərbaycanda giriş yenə bərpa olunub.
BUTA.TV xəbər verir ki, sözügedən agentliyə giriş qadağası ilk dəfə Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya son səfəri zamanı götürülmüşdü. Lakin bir neçə gündən sonra RİA yenə bloklanmışdı.
Hazırda “RİA Novosti”yə giriş məhdudiyyəti yoxdur. Lakin agentliyə tətbiq olunan məhdudiyyətin tam ləğv edilib-edilmədiyi ilə bağlı rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, “RİA Novosti” agentliyi Azərbaycanın ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması səbəbindən ötən il bloklanıb.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq